Bakıya gətirilən yeni qatarlar nə vaxt xəttə buraxılacaq?

Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev azvision.az-a bildirib ki, hazırda həmin vaqonların xəttə buraxılması üçün mütəxəssislərlə hazırlıq işləri gedir.
 
“Hazırlığı 10 günə bitirməyi planlaşdırırıq. Ondan sonra vaqonları sınaq, edib xəttə buraxmağı planlaşdırırıq. Bir sözlə vaqonlar bu ayın sonuna kimi xəttə buraxılacaq”,- deyə Nəsimi Paşayev bildirib.  
 
N.Paşayev bildirib ki, yeni vaqonlar "Həzi Aslanov"-"İçərişəhər" xəttinə buraxılacaq. Qeyd edək ki, vaqonlar Rusiyanın “Metrovaqonmaş” SC nin səhmlərinin 25%-nin sahibi olan Fransanın “Alstom” şirkəti ilə bağlanmış müqavilə əsasında əldə edilib. Hələlik 5 vaqondan ibarət 2 qatar ölkəyə gətirilib. Daha 1 qatarın da gətirilməsi nəzərdə tutulub. Bu vaqonların tutumu 330 sərnişin təşkil edir. Köhnə vaqonlarda isə bu rəqəm 308 olub.

Google+ WhatsApp ok.ru