Bakıya gələn fermerlər susmağı üstün tutdu

Bakıya gələn fermerlər susmağı üstün tutdu

İmişlidən olan bir qrup fermer martın 7-də Prezident Administrasiyasına (PA) şikayətə gəlmişdi.
 
Fermerlər bildirirdilər ki, onlara məxsus min hektarlarla sahəni qanunsuz əllərindən alıb pambıq əkinindən ötrü şumlayırlar. Halbuki, onlar uzunmüddətli icarəyə götürdükləri torpaqlarda mal-qara saxlayır.
 
Fermerlər PA-da qəbulda olublar. Qəbuldan sonra onlardan adının çəkilməsini istəməyən birisi Fövqəladə Hallar Nazirliyinə göndərildiklərini söyləyib.
 
Amma PA-da onları kim qəbul etdiyi, nə cavab aldıqları ilə bağlı heç nə deməyib.
 
Fermerlər bir gün öncə, martın 6-sı AzadlıqRadiosuna bildirmişdilər ki, hələ 3 ay öncə İmişli rayon İcra Hakimiyyəti keçirdiyi toplantıda onlara gələcəkdə pambıq əkilməsindən ötrü sahələrin boşaldılacağı haqqında xəbərdarlıq verib.
 
Fermerlərin demələrinə görə, 3 ay öncə onlara yeni sahə ayrılacağı, kompensasiya veriləcəyi bildirilsə də, sonradan bu vəd yada düşməyib.
 
Bir müddət öncə eyni şikayətlə Şamaxı rayonundan olan bir qrup fermer də Prezident Administrasiyasına şikayətə gəlmişdilər. Onda isə fermerləri dinləyən olmamışdı.(azadliq.org)

Google+ WhatsApp ok.ru