Bakıya təcili eniş edən təyyarənin sərnişini öldü

Bakının Heydər Əliyev beynəlxalq hava limanına məcburi eniş etmiş Air India aviaşirkətinə məxsus təyyarə bazar ertəsi səhər Mumbaya uçub.
 
Bu barədə "Azərbaycan Hava Yolları" QSC-dən bildiriblər.
 
London-Mumbay marşrutu üzrə uçan, göyərtəsində 246 sərnişin və 11 ekipaj üzvü olan Boeing Dreamliner (B787-800) təyyarəsi sərnişinlərdən birinin halı pisləşdiyindən məcburi eniş etmişdi.
 
Mətbuat Xidmətindən bildiriblər ki, Böyük Britaniya vətəndaşı olan 72 yaşlı sərnişin hələ təyyarə eniş etməmiş keçinibmiş.
 
Meyitin təhvil verilməsi məsələsi yaxın saatlarda həll ediləcək.
 
Mətbuat Xidmətindən qeyd ediblər ki, təyyara Mumbaya səhər saat 07:00-da uçub.

Google+ WhatsApp ok.ru