Bakı yolunda yanğın var

Bakı yolunda yanğın var

Sumqayıt-Bakı yolunda yanğın baş verib.
 
Sputnik Azərbaycan xəbər verir ki, hadisə magistral qaz xəttinin yaxınlığında qeydə alınıb. Yanğın baş vermiş əraziyə Fövqəladə Hallar Nazirliyinin iki yanğın söndürmə maşını cəlb olunub. Yanğının hansı səbəbdən baş verdiyi və nəyin yandığı hələlik məlum deyil.
 
Qeyd edək ki, dekabrın 10-da bu ərazidə daha bir yanğın hadisəsi baş vermişdi. O zaman yolun qarşı tərəfində yerləşən “EuroHome" tikinti materialları bazarı yanmışdı. İlkin məlumata görə, bazarın 5 hektar ərazisinin 2 hektarı tamamilə məhv olub.

Google+ WhatsApp ok.ru