Bakı üzrə inflyasiya fevralda 0,8 faiz artıb

Bakı üzrə inflyasiya fevralda 0,8 faiz artıb

Bu ilin fevral ayında Bakı şəhəri üzrə istehlak məhsullarının və xidmətlərin qiymətləri yanvar ayına nisbətən 0,8 % artıb.
 
"APA-Economics" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu ilin yanvar-fevral ayının ötən ilin eyni dövrü ilə müqayisədə isə bahalaşma 2,8% olub.
 
Məlumata əsasən, 2020-ci ilin yanvar-fevral ayında Bakı şəhəri üzrə istehlak qiymətləri indeksi 2019-cu ilin eyni dövrünə nisbətən 102,8%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 104,2%, qeyri-ərzaq malları üzrə 101,6%, əhaliyə göstərilən ödənişli xidmətlər üzrə 101,9% təşkil edib.
 
Cari ilin fevral ayında paytaxt üzrə istehlak qiymətləri indeksi yanvar ayı ilə müqayisədə 100,8%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 101,8%, qeyri-ərzaq malları üzrə 100,0%, əhaliyə göstərilən ödənişli xidmətlər üzrə 100,1% olub.
 
Qeyd edək ki, 2020-ci ilin yanvar ayında Bakı şəhəri üzrə istehlak məhsullarının və xidmətlərin qiymətləri 2019-cu ilin dekabr ayına nisbətən 0,4%, əvvəlki ilin müvafiq dövrünə nisbətən isə 2,7% artıb.
 

Google+ WhatsApp ok.ru