Bakı dini azadlıqları kəskin şəkildə məhdudlaşdırır - ABŞ Komissiyası

Bakı dini azadlıqları kəskin şəkildə məhdudlaşdırır - ABŞ Komissiyası

-- 2018-ci il üçün növbəti illik hesabat

ABŞ-ın Beynəlxalq Din Azadlığı Komissiyası 2018-ci il üçün növbəti illik hesabatını açıqlayıb.
 
Hesabatda 16 ölkə "xüsusi narahatlıq doğuran ölkələr" kateqoriyasına daxil edilib və 2017-ci ildə 28 ölkədə dini azadlıqlar sahəsində baş vermiş tərəqqi və pozuntular sənədləşdirilib.
 
Hesabatın Azərbaycana aid hissəsində deyilir ki, rəsmi Bakı 2017-ci ildə də dini azadlıqlara münasibətdə özünü sərt mövqeyini dəyişdirməyib. Hakimiyyət dini fəaliyyətlərə müvafiq qanunlar və Cinayət Məcəlləsinin köməyi ilə tam nəzarət edir.
 
Dövlətin diqtə etdiyi qaydalara uyğun gəlməyən müsəlman liderlər saxlanır, cərimələnir və onların məscidləri dağıdılır.
 
Hesabatda 2015-ci il Nardaran hadisələri, eyni zamanda bunun nəticəsində Müsəlman Birliyi Hərəkatı üzvlərinin 12 nəfərinin müxtəlif ittihamlarla 12 ildən 17 ilədək azadlıqdan məhrum edildiyi xatırladılıb.
 
2015-ci ildə qanuna edilmiş dəyişikliyin tələbi ilə dini qruplar rəsmi orqanlarafəaliyyətləri haqqında illik hesabat verməyə məcburdurlar.
 
Mövcud qanunlar hökumətə dindarlara münasibətdə "tam və hüdudsuz səlahiyyətlər" verir. Müsəlman təşkilatlar, başqa dinlərə aid qruplardan daha çox məhdudiyyətlə üzləşir.
 
Həmçinin, ölkədə 160 siyasi məhbusdan 90-100-nün dini fəaliyyətinə görə həbs edildiyi qeyd edilir. (contact.az)
 

Google+ WhatsApp ok.ru