Bakı funikulyoru pullu oldu 18 Yanvar 2017 02:00 Ölkə 9 aylıq fasilədən sonra Bakı funikulyoru fəaliyyətini bərpa edib. Funikulyor İdarəsinin rəisi Tofiq İsmayılov bildirib ki, keçən müddət ərzində funikulyorun həm binasında, həm də qatarların hərəkət etdiyi yolda yeniləmə işləri həyata keçirilib. Relslər və digər qurğular yenilənib. Funikulyor yenidən fəaliyyətə pullu olaraq başlayıb. Ondan istifadə paytaxt sakinləri və qonaqlara 50 qəpiyə başa gələcək. Qeyd edək ki, Bakı funikulyoru 4 ildir ödənişsiz fəaliyyət göstərirdi. 2012-ci ildə yeni sistemin quraşdırılmasından sonra xidmətdən istifadə pulsuz idi. Yeni sistem quraşdırılmamışdan əvvəl isə xidmətin qiyməti 20 qəpik olub. (istipress) Teqlər : #Bakı funikulyoru pullu oldu, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bu ərazilərdə qaz təchizatı məhdudlaşdırılacaq Sabah bağlanacaq yolların SİYAHISI açıqlandı