Bakı-Köçərli sərnişin qatarının hərəkəti dayandırılır

Bakı-Köçərli sərnişin qatarının hərəkəti dayandırılır

-- xərclərin optimallaşdırılması məqsədilə

Fevralın 15-dən Bakı-Köçərli-Bakı sərnişin qatarının hərəkəti dayandırılır.
 
Bu barədə Trend-ə “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib.
 
QSC-nin İdarə Heyətinin 29 yanvar 2018-ci il tarixli 1 nömrəli qərarına əsasən iqtisadi səmərəliliyin möhkəmləndirilməsi və xərclərin optimallaşdırılması məqsədilə Bakıdan 15.02.2018-ci il tarixdən, Köçərlidən (Tərtər rayounda)  isə 16.02.2018-ci il tarixdən etibarən 656/655 nömrəli Bakı-Köçərli-Bakı sərnişin qatarının hərəkəti dayandırılır.
 
 

Google+ WhatsApp ok.ru