Bakı metrosunda bədbəxt hadisə

Bakı metrosunda bədbəxt hadisə

-- yaşlı qadın qatar yoluna yıxıldı

Metroda qatar yoluna yıxılan sərnişinin kimliyi bilinib.
 
"Bakı Metropoliteni"nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin Lent.az-a verdiyi məlumata görə, bu, 85 yaşlı Məmmədova Sürayyə Söhbət qızıdır:
 
"Qadın qatar yoluna "İçərişəhər" stansiyasında qatar dayananda birinci vaqonun birinci qapısından düşüb.
 
Sola dönüb stansiyadan çıxmaq əvəzinə sağa dönərək qatarın qabağından relslərin üstünə yıxılıb
 
Əməkdaşlarımız xanımı stansiya yolundan çıxarıblar. Görünüşdə ciddi xəsarət müşahidə edilməsə də, təcili tibbi yardıb çağırılıb. Bu məlumatı da həmin qadın özü verib.
 
Xətdə ümumilikdə 3 dəqiqə gecikmə yaranıb". 
 

Google+ WhatsApp ok.ru