Bakı metrosunda qadın özünü qatarın altına atdı

Bakı metrosunda qadın özünü qatarın altına atdı

Bakıda metro stansiyasında intihara cəhd hadisəsi baş verib.
 
"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Trend-ə bildirib ki, hadisə bu gün saat 10:40 radələrində metronun " Ulduz" stansiyasında baş verib. 1961-ci il təvəllüdlü Kərimova Hüsniyyə Tufan qızı qatar platformaya daxil olarkən özünü qatarın altına atıb. Maşinist dərhal qatarı saxlayıb və qadın relslərin arasından çıxarılıb.
 
N.Paşayev qadının ilkin olaraq intiharı inkar etdiyini qeyd edib:
“Qadının sağlamlığı yerindədir, heç bir zədə almayıb. Hazırda polis əməkdaşları araşdırma aparır. Hələlik intihara cəhdin səbəbləri məlum deyil”.

 

Google+ WhatsApp ok.ru