Bakı metrosunda qatar relslərinin üzərinə sərnişin yıxılıb

Bakı metrosunda qatar relslərinin üzərinə sərnişin yıxılıb

Bakı metrosunun “Nizami” stansiyasında qatar relslərinin üzərinə yıxılaraq xəsarət alan kişi hazırda komadadır.
 
Bu barədə “Report”a yaralının aparıldığı 1 saylı Kliniki Tibbi Mərkəzin direktor müavini Adil Salahov məlumat verib.
 
Onun sözlərinə görə, hələlik yaralının kimliyini tam dəqiqləşdirmək mümkün olmayıb: “Adının Fərid olduğunu deyirlər. O, qapalı kəllə-beyin travması, beyin əsasının sınığı diaqnozu ilə reanimasiyaya yerləşdirilib. Hazırda koma vəziyyətindədir, vəziyyəti ağır-stabil olaraq qalır”.
 
Qeyd edək ki, Bakı metrosunun "Nizami" stansiyasında 35 yaşlı kişi qatar relslərinin üzərinə yıxılaraq xəsarət alıb.
 
Hazırda hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil. /

Google+ WhatsApp ok.ru