Bakı-Qazax magistralında nəqliyyatın hərəkəti məhdudlaşıb

Bakı-Qazax magistralında nəqliyyatın hərəkəti məhdudlaşıb

-- qatı duman avtomobillərin hərəkətini çətinləşdirib

Bakı-Qazax avtomobil yolunda qatı duman səbəbi ilə nəqliyyatın hərəkətində məhdudiyyətlər yaranıb.
 
Maide.Az bildirir ki, "Report"un Qərb bürosu xəbər verir ki, magistralın Goranboy rayon ərazisindən keçən hissəsində səhər saatlarından başlayaraq qatı duman avtomobillərin hərəkətini çətinləşdirib.
 
Sürücülər əlverişsiz hava şəraiti səbəbindən avtomobillərin sürətini azaltmağa və ya avtomobillərini yolun kənarına çəkərək hərəkəti dayandırmağa məcbur olublar.
 
Hazırda dumanlı hava şəraiti davam edir.
 

Google+ WhatsApp ok.ru