Bakı-Quba yolunda maşın piyadanı vurub öldürdü

Bakı-Quba yolunda maşın piyadanı vurub öldürdü

-- Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları sürücünü saxlayıb.

Bakıdan Sumqayıta gedən yolda avtomobil piyadanı vuraraq öldürüb.
 
Maide.Az "apa"-a istinadən xəbər verir ki, hadisə Bakı-Quba yolunun Binəqədi rayonu ərazisinə düşən hissəsində baş verib.
 
"90-NK-668" dövlət qeydiyyat nişanlı "Mercedes Vito" markalı avtomobil qəfil yola çıxan təxminən 30-35 yaşlı kişini vurub.
 
Sürücü yaralını xəstəxanaya çatdırsa da, o, həkimlərin səyinə baxmayaraq, dünyasını dəyişib.
 
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları sürücünü saxlayıb.
 
Araşdırma aparılır.
 

Google+ WhatsApp ok.ru