Bakı sakininin başına binadan daş düşüb

Bakı sakininin başına binadan daş düşüb

Bakının Səbail rayonunda bir nəfərin ağır xəsarət alması ilə nəticələnən bədbəxt hadisə baş verib.
 
Maide.Az xəbər verir ki, "Report"-un məlumatına görə, İstiqlaliyyət küçəsi ilə hərəkətdə olan 1990-ci il təvəllüdlü Aydınov Vüsal Vahid oğlu binalardan birinin qarşısından keçən zaman onun başına yuxarıdan daş düşüb.
 
O, qapalı kəllə-beyin travması alaraq xəstəxanaya yerləşdirilib.
 
Fakt üzrə araşdırma aparılır.

 

Google+ WhatsApp ok.ru