Bakı-Sumqayıt-Bakı elektrik qatarları bu gün günün birinci yarısında işləməyəcək

Bakı-Sumqayıt-Bakı elektrik qatarları bu gün günün birinci yarısında işləməyəcək

-- Bakıya gələn qatarlar gecikir

Mingəçevirdə əsas düyün yarımstansiyasında baş vermiş açılma səbəbindən,  bölgələrdən Bakı sərnişin stansiyasına gələn sərnişin qatarların hərəkətində gecikmələr qeydə alınır. 

Maide.Az bildirir ki, “Azərbaycan Dəmir Yolları”dan “APA-Economics”ə veilən məlumata görə, sərnişinlərin nəzərinə çatdırırıq ki, ölkə ərazisində elektrik enerjisinin verilməsində yaranan problemlə bağlı bu gün günün birinci yarısında Bakı-Sumqayıt-Bakı marşrutunda işləyən elektrik qatarları hərəkətdə olmayacaq.     

“Azərbaycan Dəmir Yolları” QSC sərnişinlərdən yaranmış müvəqqəti narahatçılığa görə üzr istəyir.

Google+ WhatsApp ok.ru