Bakı yenə su altında...

Bakı yenə su altında...

Müəllif son iki gündə yağan yağışların paytaxtı iflic hala salmasını müzakirəyə çıxarır.

"Novoye Vremya" qəzeti "Bakı yenə su altında, məmurlar bir-birini tənqid edir" sərlövhəli məqalə diqqəti cəlb edir.
 
Müəllif son iki gündə yağan yağışların paytaxtı iflic hala salmasını müzakirəyə çıxarır.
 
Müəllif məmurların şəhər təsərrüfatının təbiətin bütün şıltaqlıqlarına hazır olması haqda bəyanatlarını boş söz adlandırır: "Sel suları küçələri, yeraltı keçidləri, digər infrastrukturu basır, kanalizasiya sistemləri suları ötürməyə qadir deyil və beləliklə, şəhər xidmətinin adi yağışların öhdəsindən gəlməyə hazır olmadığı üzə çıxır".
 
Müəllif deyir ki, bu bu səhnə yağışlar yağdıqda hər il təkrar olur, bu dəfə isə üstəlik, paytaxtda iki yol da çökdü və səbəb də budur ki, 60 ildir ki, fəlaiyyət göstərən kollektor istismar müddətini bitirib, bu müddətdə yeniləri ilə əvəzlənməyib.
 
Müəllif həmin yağışlar yağan zaman insanların subasma səbəbindən küçənin bu tərəfindən digər tərəfinə keçməsinin problemə döndüyünü, yollarda qəzaların çoxalmasına səbəb olduğunu bildirir.
 
Müəllifə görə, bu hadisələr daha bir məsələni gündəmə gətirir: "Belə çıxır ki, guya şəhərin yenidən qurulmasına, hansısa şübhəli infrastruktur layihələrinə milyonlarla dollar xərclənir, amma adi drenajor sistemi qurmağa pul tapılmır.
 
Eləcə də su təmizləmə sistemi yoxdur, əgər belə bir sistem varsa o zaman insanlar plastik bidonlarda təmiz suyu niyə alırlar? Təmiz su isə sağlamlığın əsasıdır. Bax beləcə, qarşıdakı növbəti hadisəyə qədər danışırıq".
 
Məqalə müəllifi hesab edir ki, bütün su nəql edən sistem yenidən qurulmalıdır, belə ki, köhnə norma və texnologiyalar indiki yükə hesablanmayıb.
 
Bu sistem yağış suları ötürən sistemə birləşdirilməlidir, amma indiyə kimi edilməyib.
 
Müəllif hesab edir ki, növbəti dəfə paytaxta yağan yağış suları aşkar etdi ki, şəhər təsərrrüfatı subasma hadisələrinin aradan qaldırılmasına hazır deyil və bunun səbəbləri də məlum deyil.
 
Müəllifə görə, məlum olan budur ki, ekspertlərin neçə illərdir ki, subasmaların aradan qaldırılması ilə bağlı dedikləri təkliflər yenə də qulaqardına vurulmaqdadır və hələ də bunlara əməl edilmir: "Yenə də hansısa faciə baş verməlidir ki, nəhayət, nəsə etsinlər?".
 
Müəllif həm də deyir ki, məmurların birbaşa vəzifələrilə nə zaman məşğul olacaqları özü də bir sualdır.
 

Google+ WhatsApp ok.ru