Bakıda 19 marşrutda gedişhaqqı kartla ödənilir

Bakıda 19 marşrutda gedişhaqqı kartla ödənilir

-- 478 sərnişin avtobusu kart sisteminə keçib

Bakı şəhərində fəaliyyət göstərən marşrut avtobuslarının 30 faizi kart sisteminə keçib.
 
Maide.Az bildirir ki, bu barədə Trend-ə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib.
 
Qurum rəsmisi bildirib ki, hazırda Bakıda 19 marşrutda gedişhaqqı yalnız kartla ödənilir: "19 marşrut üzrə 478 sərnişin avtobusu kart sisteminə keçib. Həmin marşrutlardan 18-i müntəzəm marşrutdur. 1 marşrut xətti isə Bakı Hava Limanı üzrə hərəkət edən Express marşrutdur".
 
M.Ağayev bildirir ki, Bakı Nəqliyyat Agentliyi digər marşrutların da kart sisteminə keçirilməsi üçün danışıqları davam etdirir.
 

Google+ WhatsApp ok.ru