Bakıda 3 uşaq anası əməliyyat masasında öldü - Həkim: `Olur da belə şeylər'' 12 Yanvar 2017 02:00 Hadisə Bu gün Bakının tanınmış xəstəxanasında cavan ana əməliyyat zamanı dünyasını dəyişib. Maide.Az bildirir ki, mərhumun yaxınları criminal.az saytına deyiblər ki, 3 uşaq anası olan Vüsalə bu gün 5 saylı xəstəxanada ''qrija'' əməliyyatı olunub. Lakin xəstə əməliyyat masasında keçinib. Mərhumun ailəsi yaxınlarının ölümündə həkim səhlənkarlığı olduğunu iddia edirlər. Bildirirlər ki, həkim əməliyyat zamanı xəstənin damarını zədələyib. Xəstə isə qanaxmadan dünyasını dəyişib. Hətta həkim hadisədən sonra mərhumun ailə üzvlərinə əməliyyat pulunu qaytararaq ''olur də belə şeylər'' deyərək gedib. Mərhum xanımın 3 azyaşlı uşağı anasız qalıb. / Teqlər : #Bakıda 3 uşaq anası əməliyyat masasında öldü Həkim: `Olur da belə şeylər'' , Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Biləsuvarda ana doğuşdan sonra ölüb İki piyadanı maşın vuraraq öldürüb