Bakıda bağçada rüsvayçılıq

Bakıda bağçada rüsvayçılıq

-- Müdirə pul verməyən uşaqlar `kasıblar qrupu`na atıldı

Paytaxtın Yasamal rayonunda yerləşən 60 nömrəli uşaq bağçasından valideynlər şikayətçidir.
 
Narazılığa səbəb bağçaya yeni gələn müdirin tətbiq etdiyi qaydalardır. Valideynlər iddia edir ki, direktor Məsmə Quliyeva hər uşağa görə onlardan 50 manat pul tələb edir. Bu pulu verə bilməyən valideynlərin uşaqlarını isə yaratmış oduğu yeni qrupa yığır. Valideynlər arasında "Kasıblar qrupu" adlandırılan qrupda yaş fərqli olmayaraq, bütün uşaqlar eyni dərsi keçir. Bu da onların təhsil səviyyələrinə mənfi təsir göstərir. Bu səbəblə, 20-dən çox valideyn Yasamal rayon İcra Hakimiyyətinə şikayət ərizəsi ilə müraciət ediblər.
 
Məsələ ilə bağlı Yasamal rayon 60 nömrəli uşaq bağçanın müdiri açıqlama vermək istəməyib. Problemlə bağlı bağçaya Bakı şəhər İcra Hakimiyyətindən komissiya gəlib. Komissiya müdirdən məsələ ilə bağlı açıqlama alıb və gedib.
 
Problemlə bağlı Bakı Şəhər İcra Hakimiyyətindən zənglərə cavab verən olmayıb. (metbuat.az)
 

Google+ WhatsApp ok.ru