Bakıda baş verən yol qəzasında ata və oğlu ölüb

Bakıda baş verən yol qəzasında ata və oğlu ölüb

-- Qəza nəticəsində daha beş nəfər xəsarət alıb

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.
 
Maide.Az bildirir ki, APA-nın məlumatına görə, paytaxtın Pirallahı rayonunda Rafael Əkbərovun idarə etdiyi “Mercedes” markalı avtomobil Rövşən Bəydəmirovun idarə etdiyi “VAZ-2107” markalı maşınla toqquşub.
 
Nəticəndə “VAZ-2107”də olan sərnişinlərdən Babaxan Fətullayev və onun 5 yaşlı oğlu Elcan aldıqları xəsarətdən hadisə yerində ölüblər. Hər iki nəqliyyat vasitəsinin sürücüsü və sərnişinlərindən ümumilikdə 5 nəfər xəsarətlə xəstəxanaya müraciət edib.
 
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
 

Google+ WhatsApp ok.ru