Bakıda `Bəşər eşqinin bir qibləsi` adlı konfrans keçirilib

Bakıda `Bəşər eşqinin bir qibləsi` adlı konfrans keçirilib

-- İmam Xomeyninin vəfatının ildönümü münasibətilə

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində "Qələm" Yazarlar Birliyinin təşkilatçılığı ilə "Bəşər eşqinin bir qibləsi" adlı ədəbi-bədii konfrans keçirilib. 
 
İctimai birlikdən Maide.Az-a daxil olan məlumata görə, tədbiri giriş sözü ilə açan Birliyin sədri Qurban Cəbrayıl bildirib ki, İslam İnqilabının rəhbəri İmam Xomeyninin vəfatının ildönümünə təsadüf edən konfrans Azərbaycan-İran ədəbi əlaqələrinə həsr edilib.
Siyasi xadimlər, alimlər, şairlər, ictimai təşkilatların nümayəndələri, jurnalistlərin iştirakı ilə keçirilən konfransda çıxış edənlər İmam Xomeyni şəxsiyyəti barədə söhbət açıblar.
 
Bildirilib ki, onun şəxsiyyəti, düşüncələri dünyaya sülh və əmin-amanlıq bəxş etməklə yanaşı hegemonlar qarşısında müqaviməti aşılayır. İnsanlari İmam Hüseyn (ə) məktəbindən bəhrələnməyə dəvət Xomeyni düşüncəsi dünyaya ədalət və bərabərlik təbliğ edir.
 
Konfransda həmçinin Ruhullah Xomeyninin ədəbiyyat sahəsində də düşüncələri ifadə etdiyi diqqətə çatdırılıb, onun şeirlərindən sitatlar gətirilib. Eyni zamanda Ramazan ayının son cümə gününün İslamın müqəddəs məkanı olan Qüdsün işğalına etiraz günü elan edilmə təşəbbüsünün də Ruhullah Xomeyniyə məxsus olduğu vurğulanıb. Bununla da bütün dünyada zülmə məruz qalan xalqların haqq səsinin çatdırılması ideyasının əsası qoyulub. 
 
Konfrans müxalif məruzələr və müzakirələrlə öz işini davam etdirib.
 
 
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru