Bakıda dəhşətli hadisə: qadın küçədə yanaraq öldü

Bakıda dəhşətli hadisə: qadın küçədə yanaraq öldü

-- Buzovna qəsəbəsi Albalılıq yaşayış massivində

Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
 
Lent.az xəbər verir ki, Buzovna qəsəbəsi Albalılıq yaşayış massivində 1956-cı il təvəllüdlü Məmmədova Nina Viktorevnanın yanmış meyiti tapılıb.
 
Məlum olub ki, daimi yaşayış yeri olmayan və küçələrdə gecələyən qadın içkili vəziyyətdə soyuqdan qorunmaq üçün ocaq qalayıb.
 
O, daha sonra ocağın üzərinə yıxılıb. Paltarları alovlanan qadın hadisə yerində vəfat edib.
 
Hadisə yerindən bir neçə spirtli içki şüşəsi tapılıb. Ətrafda yaşayanlar ölən qadının heç kiminin olmadığını və küçələrdə səfil həyatı yaşadığını deyiblər.
 

Google+ WhatsApp ok.ru