Bakıda havada toz miqdarı normadan yuxarıdır 21 Noyabr 2017 02:00 Xəbərlər Noyabrın 21-i səhərə olan məlumata görə, Bakıda və Abşeronda havada olan tozun miqdarı sanitar normanı keçib. Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri bildiriblər. Ölkənin cənub-şərq bölgəsinə Ərəbistan yarımadasından cənub-qərb küləyi vasitəsilə atmosfer axınları ilə qısamüddətli toz-dumanın daxil olması ilə əlaqədar mütəxəssislər hər üç saatdan bir hava durumunu müşahidə edirlər. (contact.az) Teqlər : #Bakıda havada toz miqdarı normadan yuxarıdır, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Vladimir Putin: “Suriyada hərbi əməliyyatlar başa çatmaq üzrədir” Səudiyyədə saxlanılan Livan baş naziri Beyruta dönüb