Bakıda iki avtomobil yolunda sürət həddi endirilib 02 Dekabr 2016 02:00 Ölkə Yağmurlu hava şəraitində hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə paytaxtda iki avtomobil yolunda sürət həddi aşağı salınıb. Maide.Az bildirir ki, Bakı Nəqliyyat Agentliyindən “APA-Economics”ə verilən məlumata görə, Böyükşor–Hava limanı istiqamətində avtomobil yolunda sürət həddi iki zolaqda 120 km/saatdan 100 km/saata, bir zolaqda 100 km/saatdan 80 km/saata və axırıncı zolaqda 80 km/saatdan 60 km/saata endirilib. Eyni zamanda, Zığ dairəsi–Hava limanı istiqamətində avtomobil yolunda isə sürət həddi iki zolaqda 120 km/saatdan 100 km/saata və axırıncı zolaqda 100 km/saatdan 80 km/saata endirilib. Teqlər : #Bakıda iki avtomobil yolunda sürət həddi endirilib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Sabah rayonlarda yağış, sulu qar, qar yağacaq Çaylardakı sululuq vəziyyət açıqlandı