Bakıda məcburi köçkünlərin məskunlaşdığı binada yanğın olub

Bakıda məcburi köçkünlərin məskunlaşdığı binada yanğın olub

Bakıda məcburi köçkünlərin məskunlaşdığı binada yanğın olub.
"Report"un xəbərinə görə, Xətai rayonunda 27 mənzildən ibarət, hər mərtəbəsi 400 m2 olan, ikimərtəbəli qamışdan ibarət yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 70 m2 olan 2 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 15 m2 sahədə, ümumi sahəsi 70 m2 olan 2 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 5 m2 sahədə, 2-ci mərtəbədə ümumi sahəsi 70 m2 olan 2 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 15 m2 sahədə və ümumi sahəsi 70 m2 olan digər 2 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 15 m2 sahədə yanıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 05:54-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Qeyd edək ki, yanan binada əsasən Zəngilan, Füzuli, Ağdam və Laçın rayonundan olan məcburi köçkünlər məskunlaşıb.
(yanğınla bağlı fotolar sosial şəbəkələrdən götürülüb)

Google+ WhatsApp ok.ru