Bakıda nənə və nəvə maşının altında qaldı

Bakıda nənə və nəvə maşının altında qaldı

-- 1 ölü,1 yaralı

Bakı şəhərinin Nəsimi rayonunda ağır yol qəzası baş verib.
 
 
Maide.Az lent.az-a istinadən xəbər verir ki, gecə saatlarında “İsuzu” markalı yük maşını yolu keçən 80 yaşlı Zəhra Binnətova ilə 13 yaşlı nəvəsi Elviranı vurub.
 
Ağır xəsarət alan nənə və nəvəsi 1 saylı şəhər klinik xəstəxanasına çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, Z.Binnətovanın həyatını xilas etmək mümkün olmayıb.
 
Faktla bağlı Nəsimi rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.
 

Google+ WhatsApp ok.ru