Bakıda polis avtomobili ilə vurulan piyada ölüb

Bakıda polis avtomobili ilə vurulan piyada ölüb

Bu gün Bakıda piyadanın ölümü ilə nəticələnə yol-nəqliyyat hadisəsi baş verib.
 
Sabunçu rayon Polis İdarəsindən (RPİ) APA-ya bildirilib ki, Çevik Polis Alayına məxsus “Fiat Doblo” markalı avtomobil yolu keçən piyada Telman Hacıyevi vurub. Nəticədə piyada aldığı xəsarətdən hadisə yerində ölüb.
 
Faktla bağlı RPİ-də araşdırma aparılır. /

Google+ WhatsApp ok.ru