Bakıda təcili tibbi yardım avtomobili yanıb - FOTO

Bakıda təcili tibbi yardım avtomobili yanıb - FOTO

Bakının Sabunçu rayonunda təcili tibbi yardım avtomobili yanıb. 
 
Hadisə 3 saylı xəstəxanaya yaxın ərazidə baş verib.
 
Yanğın başlayan zaman avtomobilin içində xəstə və həkimlər olublar. Onlar vaxtında avtomobili tərk edə biliblər və heç bir xəsarət almayıblar.
 
Əraziyə FHN-in yanğınsöndürənləri cəlb olunub.
 
Yanan avtomobilin 12 saylı yarımstansiyaya məxsus olduğu bildirilir. (report) /
 
 
 
 

Google+ WhatsApp ok.ru