Bakıda təcili yardıma günvurma diaqnozu ilə 75 müraciət daxil olub 09 İyul 2018 01:00 Ölkə -- Müraciət edən 75 nəfərdən 54-ü kişi, 4-ü azyaşlı, 17-si qadındır Havaların isti keçməsi ilə əlaqədar mövsüm başlayandan bu günə kimi Bakı Şəhər Təcili Tibbi Yardım Stansiyasına günvurma diaqnozu ilə 75 müraciət daxil olub. Maide.Az bildirir ki, Səhiyyə Nazirliyinin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədovanın APA-ya verdiyi məlumata görə, Bakı şəhər Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına günvurma ilə müraciət edən şəxslərin 46 nəfəri hospitalizasiya edilib, 26 nəfərə yerində yardım göstərilib. Hospitalizə profilaktik məqsədlə tətbiq edilib. Müraciət edən 75 nəfərdən 54-ü kişi, 4-ü azyaşlı, 17-si qadındır. Müraciət edənlərin arasında ağır və həyati təhlükəsi olan yoxdur. Teqlər : #Bakıda təcili yardıma günvurma diaqnozu ilə 75 müraciət daxil olub, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Hacı olmaq istəyən azərbaycanlıların DİQQƏTİNƏ! Rusiya, Ukrayna, Belarus, Qazaxıstan ərazisində hərəkət edən sərnişin qatarlarına bileti Bakıda hardan almaq olar?