Bakıda XİN başçılarının dördtərəfli görüşü keçiriləcək

Bakıda XİN başçılarının dördtərəfli görüşü keçiriləcək

-- Azərbaycan, İran, Türkiyə və Gürcüstan

Bakıda Azərbaycan, İran, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin dördtərəfli görüşü keçiriləcək.
 
Maide.Az xəbər verir ki, İranın Azərbaycandakı səfirliyindən APA-ya verilən xəbərə görə, görüşün martın 15-də keçirilməsi planlaşdırılır.
 
Səfirlikdən bildirilib ki, dördtərəfli görüşün Bakıda keçirilməsi təklifi ilə Azərbaycan XİN çıxış edib.
 
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin görüşdə iştirak üçün Azərbaycana səfəri gözlənilir.
 

Google+ WhatsApp ok.ru