Bakıda xəstəxanada YANĞIN 21 Aprel 2018 01:00 Hadisə -- Nərimanov rayonunda Bakıda xəstəxanada yanğın baş verib. Maide.Az FHN-in saytına istinadən məlumatına görə, Nərimanov rayonunda yerləşən xəstəxananın zirzəmisində (anbar kimi istifadə olunur) 300 m² sahədə tibbi ləvazimatlar yanıb. Fövqəladə Hallar Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən xəstəxanada olan xəstələrin təhlükəsizliyi təmin olunmuş və digər təhlükəsizlik tədbirləri görülüb. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Teqlər : #Bakıda xəstəxanada YANĞIN, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Azərbaycanda zəlzələ olub Ələt-Astara yolunda ağır qəza: 6 yaralı