Bakıda Xəzəryanı ölkələrin humanitar reaksiya üzrə mərkəzi yaradılır

Bakıda Xəzəryanı ölkələrin humanitar reaksiya üzrə mərkəzi yaradılır

-- Faktiki olaraq onun yaradılmasına başlanıb - baza artıq yaradılıb

Bakıda Xəzəryanı ölkələrin humanitar reaksiya üzrə mərkəzinin yaradılmasına başlanılıb.
 
Maide.Az bildirir ki, Trend-in məlumatına görə, bunu TASS-a RF Fövqəladə Hallar Nazirliyi yanında "Emerkom" beynəlxalq humanitar əməliyyatlarında Rusiyanın iştirakının təmini və əlaqələndirilməsi üzrə Agentliyin direktoru Yuri Brajnikov 1 mart - Beynəlxalq Mülki Müdafiə Günü ilə əlaqədar deyib.
 
Onun sözlərinə görə, mərkəzin yaradılması iki il əvvəl Xəzəryanı ölkələrin - Rusiya, Qazaxıstan, Türkmənistan, Azərbaycan və İranın FHN-lərinin əməkdaşlığı haqqında imzalanmış sazişin məntiqi davamıdır:
 
"Bu sənədə əsaslanaraq, biz Azərbaycanda Mülki Müdafiə Akademiyası yaratdıq, laboratoriyamızı, siniflərimizi, tədris bazamızı verdik. Bu, Xəzəryanı ölkələrin marağına cavab verən üçüncü mərkəzdir. Faktiki olaraq onun yaradılmasına başlanıb - baza artıq yaradılıb".
 

Google+ WhatsApp ok.ru