Bakıda yeni özbaşnalıq: kimsə səsini çıxarmır - FOTO

Bakıda yeni özbaşnalıq: kimsə səsini çıxarmır - FOTO

-- Ağaclar kəsilir, kökündən çıxarılıb aparılır

Paytaxtın Qara Qarayev prospektində ağacları kəsirlər. Belə ki, "Ramal" Ticarət Mərkəzinin yanında böyük bir ərazi hasara alınıb və oradakı ağacları kəsilir. Kəsilən ağacların yerində yeni bazar salınmağa, köşklər quraşdırılmağa başlayıb.
 
Yaxınlıqda yaşayan sakinlərin sözlərinə görə, Qara Qarayev prospektində yaşıllıqların qırılması ilk hadisə deyl.
 
Sakinlər bildirirlər ki, məsələ ilə bağlı müvafiq orqanlara məlumat verilsə də, heç bir nəticə yoxdur. "Ağaclar kəsilir, kökündən çıxarılıb aparılır" — sakinlər danışırlar.
 
Qeyd edək ki, Qara Qarayev prospektində ağaclar mütəmadi olaraq qırılır və yerində obyektlər tikilir. İndi isə əraziyə yeni parkın salınması ilə bağlı məlumat stendləri asılıb.
 
Məsələ ilə bağlı Nizami Rayon İcra hakimiyyətindən məlumat almaq istəsək də, cəhdimiz baş tutmadı. Ərazidə çalışan işçilər də suallarımızı cavablandırmaqdan boyun qaçırdılar. Ayrıca, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) də məsələ ilə bağlı açıqlama verilmədi.(Sputnik)
 
 
 
 

Google+ WhatsApp ok.ru