Bakıda özəl klinikada daha bir ölüm: 19 Dekabr 2017 02:00 Hadisə -- xəstə əməliyyat zamanı dünyasını dəyişdi Bakıda daha bir xəstə əməliyyat masasında dünyasını dəyişib. Maide.Az bildirir ki, Trend-in məlumatına görə, hadisə paytaxtda fəaliyyət göstərən "Grant Hospital"da baş verib. 1962-ci il təvəllüdlü Nurağa Hüseynağa oğlu Qasımov özəl klinikada əməliyyat olunarkən dünyasını dəyişib. Məlumata əsasən, N.Qasımovun ürəyində aorta damarının şuntlama əməliyyatı keçirilirmiş. Lakin əməliyyat zamanı onun səhhəti pisləşib və dünyasını dəyişib. Faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Qeyd edək ki, ötən gün Bakıda "MedEra" hospitalında 1977-cü il təvəllüdlü Anar Musa oğlu Hümbətov əməliyyat zamanı ölüb. Teqlər : #Bakıda özəl klinikada daha bir ölüm:, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru 528 nəfər qidadan zəhərləndi Bakıda ömürlük məhkum ölüb