Bakıda İmam Hüseyn (ə) məclisi- Foto

İmam Hüseynin şəhadətinin 40-cı günü – Ərbəin münasibətilə Cəfəri Heyəti Bakıda tədbir keçirib.
Tədbirdə çox sayda mömin və möminə iştirak edib.
“Milli Mənəvi Dəyərlər” İctimai Birliyinin sədri, ilahiyyatçı Ruhullah Novzuzzadə İmam Hüseynin (ə) Kərbəla vaqiəsi, mübarizlik məktəbindən söhbət açmış, hicab məhbusları, xüsusilə məhbəsdəki ruhani alimlər haqda moizəsində qeyd edərək onların azad olunması üçün dualar etmişdir.
Tədbirdə həmçinin ilahiyyatçı Hacı Qubad da iştirak etmiş, o da İmam Hüseyn (ə) qiyamı və Əlibeytin fəzilətindən söhbət açmışdır.
Ərbəin məclisində tanınmış rövzəxan-mərsiyəxanlar da iştirak edib.
Hacı Eləş Xəzər, Hacı Zahir Mirzəvi və Zaur İslam rövzə, mərsiyyə və qəsidələr oxuyublar.
Məclis iştirakçıları İmam Hüseyn (ə) eşqinə sinələr vurublar.
Sonda ehsan süfrəsi qurulub.İslamazeri /
 
 
 

Google+ WhatsApp ok.ru