Bakıda “Cümhuriyyət dövründə din siyasəti” adlı tədbir keçirilib- FOTO/VİDEO

Bakıda “Cümhuriyyət dövründə din siyasəti” adlı tədbir keçirilib- FOTO/VİDEO

-- Qələm Yazarlar Birliyinin təşkilatçılığı ilə

Qələm Yazarlar Birliyinin təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr edilən “Cümhuriyyət dövründə din siyasəti” adlı tədbir keçirilib. Tədbirdə ölkənin tanınmış ictimai-siyasi xadimləri, partiya və təşkilat rəhbərləri, elm adamları və ziyalılar, din xadimləri və media mənsubları iştirak ediblər.
 
Qələm Yazarlar Birliyinin təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr edilən “Cümhuriyyət dövründə din siyasəti” adlı tədbir keçirilib. Tədbirdə ölkənin tanınmış ictimai-siyasi xadimləri, partiya və təşkilat rəhbərləri, elm admaları və ziyalılar, din xadimləri və media mənsubları iştirak ediblər.
 
 
Tədbirdə öncə Qurani Kərim tilavət olunub. Ardınca Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
 
Tədbiri açan Qələm Yazarlar Birliyinin sədri Qurban Cəbrayıl təşrif buyuran qonaqlara öz minnətdarlığını bildirib. O, Cümhuriyyətin yaranma zərurəti haqda danışıb. Xalq Cümhuriyyətinin keçdiyi böyük və şərəfli yola nəzər salıb.
 
Ardınca Azərbaycan xalq Cümhuriyyətinin şanlı tarixi və Cümhuriyyət dövründə din siyasəti haqda məruzə etmək üçün sözü tarix üzrə fəlsəfə doktoru Dilavər Əzimliyə verilib. Dilavər Əzimli Cümhuriyyət qurucularının İslam dininin daşıyıcıları olmasından söz açıb və fikirlərini tarixi faktlarla sübuta yetirib.
 
Daha sonra tədbirdə çıxış üçün söz Azərbaycan İslam Partiyasının sədr əvəzi, ruhani alim Hacı İlham Əliyevə verilib. O da öz növbəsində Cümhuriyyət qurucularının İslam dininə bağlı şəxslər olduqlarını, ruhani ailələrində dünyaya göz açdıqlarını, İslamı düzgün dərk etdiklərini dilə gətirib. Məhz bu səbəblərə görə də, onların təzyiqlərə məruz qaldıqlarını, uca hədəflərə çatmamaları üçün basqılarla üzləşdiklərini vurğulayıb. Hacı İlham Əliyev əlavə edib ki, din, insanın və bəşəriyyətin fərdi və ictimai, dünya və axirət məsələlərində xoşbəxtliyini təmin edən elmi-əxlaqi qayda–qanun toplusudur. İslam dinində siyasət isə bəşəriyyətin istər fərdi, istərsə də ictimai məsələlərdə, maddi və mənəvi hədəflərinin ən ali dərəcəsinə çatması üçün insan həyatının idarəçiliyidir. Yəni siyasət, insanların maddi-mənəvi hədəflərinin ən uca zirvəsinə çatması üçün bir vasitə olmalıdır. Məhz bu İslam siyasətidir.
 
Tədbirdə çıxış edən Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu da mövzu ətrafında maraqlı fikirlər səsləndirib. O, bildirib ki, din və siyasət hər zaman yanaşı işlədilib. Biz isə dindən imtina etməklə faktiki olaraq elmi siyasətdən imtina edirik. Cümhuriyyət dövründə din siyasəti mövzusuna toxunan Sərdar Cəlaloğlu bildirib ki, din bütün dünyada milli azadlıq hərəkatında iştirak edən xalqların qəbul etdikləri prinsiplərdən biridir. Çünki din xalq ideologiyasıdır.
 
 
Daha sonra tədbirdə çıxış edən DEVAMM sədri, ilahiyyatçı-filosof Hacı İlqar İbrahimoğlu, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev, QAT sədrinin mənəvi dəyərlər üzrə müşaviri Hacı Əfqan Muradov və digər qonaqlar Cümhuriyyətin keçdiyi şərəfli yola, onun milli dövlətçilik tariximizin formalaşmasındakı xidmətlərinə nəzər salıblar. Çıxışçılar həmçinin cümhuriyyət dövrü tarixinin çox zəif, steriotipli və qərəzli araşdırıldığını dilə gətiriblər. Tədbir mövzu ətrafında aparılan diskusiyalarla davam edib.
 
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru