Bakıdakı 3 min avtobus sürücüsündən 461-i əvvəllər məhkumluq həyatı yaşayıb

Bakıdakı 3 min avtobus sürücüsündən 461-i əvvəllər məhkumluq həyatı yaşayıb

-- Onların haqqında məhkumluğun növünə görə yekun qərar qəbul olunacaq

"Keçən ildən sürücü bazası yaradılıb və orada adı olan 3000-dən çox sürücü ilə bağlı Daxili İşlər Nazirliyi və digər aidiyyəti orqanlara müraciət olunub".
 
Maide.Az bildirir ki,  “Report” xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin baş direktorunun müşaviri Mübariz Abbasov daşıyıcılarla görüşdə deyib.
 
Onun sözlərinə görə, Daxili İşlər Nazirliyindən BNA-ya cavab gəlib: "Agentliyə daxil olan məlumatda 3008 sürücünün 461-nin məhkumluq həyatı yaşadığı qeyd olunub. Bu məsələ əlaqədar daşıyıcılar BNA ilə birgə araşdırma aparacaq. Məhkumluğun növünə görə yekun qərar qəbul olunacaq".
 
M.Abbasov əlavə edib ki, bu ilin 3-6 ayı ərzində 700 nəqliyyat vasitəsi nağdsız ödəniş sistemi keçiriləcək. 

Google+ WhatsApp ok.ru