Bakıdakı tkinti biabırçılığını necə dayandırmaq olar?`

Bakıdakı tkinti biabırçılığını necə dayandırmaq olar?`

-- tikinti şirkətlərinin layihə sənədlərinə əməl etməmək...

"Novoye Vremya" qəzetində "Bakıdakı tkinti biabırçılığını necə dayandırmaq olar?" sərlövhəli məqalə diqqət cəlb edir.
 
Müəllif deyir ki, paytaxtda mənzil tikintisi sahəsində şirkətlərin uşaq idmançalarına, sakinlərin özlərinin yaratdıqları istirahət güşələrinə, saldıqları yaşıllıqlara münasibətdə biabırçılıq baş verir: "Bu dediklərimizə Bakının müxtəlif rayonlarında rast gəlmək olar, xeyirxah niyyətlə "cəhənnəmə yol" salınır. Özü də bütün bu biabırçılıqlar bizlərin gözü önündə baş verir".
 
Müəllifə görə, nazirliklərdən biri hələ 2008-ci ildə tikinti şirkətlərinin layihə sənədlərinə əməl etməmək, binada nəzərdə tutulandan əlavə mərtəbələr tikmək kimi halların baş verməsi haqda açıqlamalar verirdi.
 
Yazı müəllifi deyir ki, o vaxtdan 10 il keçsə də heç nə dəyişməyib, ayrı-ayrı"pilot layihə" icra edənlər yenə də özbaşınalıqlarını davam etdirirlər: "Bakıdakı 5-ci mikrorayonun 18-ci, 22-ci və 24-cü binaları arasındakı özbaşınalığı belə ifadə edir: "Şirkətin uşaq meydançasını, çoxillik ağacları məhv etməsi bir yana, yaxın binaların sakinlərini gecə yuxusundan da məhrum edib. Belə ki, sakinlərin müraciətlərinə baxmayaraq, tikintini gecə dayandırmaq da mümkün olmur.
 
Müəllif deyir ki, heç kəsin tanımadığı yeni yaradılan tikinti şirkətləri təmsilçilərini yaşayış massivinə göndərir və bununla da qanunsuzluq başlanır, tikinti sahəsi adı ilə uşaqa oyun meydançaları, məhəllə ətrafı yaşıllıqlar dağıdılır.
 
Müəllifə görə, yeni tikilən çoxmərtəbəli binaların həyətlərində isə sakinlərin dincəlməsinə, uşaqların oynamalarına şərait yaradılmır, yaşıllıq salınmır.
 
Müəllif qanunsuz tikintiləri Bakı şəhərinin nəsibi kimi dəyərləndirir və deyir ki, ilbəil əvvəlcə park, uşaq meydançası, hətta yol olan hissədə ya yaşayış evləri ya da mağazalar tikilir.
 
Yazı müəllifi bütün bunların baş verməsinə səbəb kimi yerlərdə olan məmurların birbaşa vəzifələrini yerinə yetirməməsini göstərir.
 
Müəllif sadə məntiqilə belə hesab edir ki, əgər bir yerdə tikinti qanunsuz sayılırsa bu, artıq bu tikinti prosesinə icra hakimiyyətinin "göz yumması"nın nəticəsidir və bunu başqa cür də adlandırmaq olmur.
 
Müəllifin fikrincə, bu və ya digər tikintinin qanuniliyini müəyyən etməyə cavabdeh olan strukturlar qanuna hörmətsilziyi aradan qaldırmadıqda bu, başağrısına "dönür".
 

Google+ WhatsApp ok.ru