Bakını toz-duman bürüyüb - Fotolar

Bakını toz-duman bürüyüb - Fotolar

-- Toz-dumanının Abşeron yarımadasına qədər irəliləyəcəyi ehtimal olunur

Bu gün səhər saatlarından başlayaraq paytaxt Bakıda güclü duman müşahidə olunur.
 
“Qafqazinfo” xəbər verir ki, bu haqda ötən gün Ekologiya və Təbii Sərvətlər Nazirliyi də proqnoz yaymışdı. 
 
Xəbərdə bildirilirdi ki, ölkə ərazisində havada olan tozun miqdarı sanitar normadan artıq olacaq. Buna səbəb isə ölkənin cənub-şərq bölgəsinə Ərəbistan yarımadasından cənub-qərb küləyi vasitəsilə atmosfer axınları ilə qısa müddətli toz-dumanının daxil olmasıdır. Toz-dumanının ölkənin cənub bölgəsindən Xəzər dənizi sahili boyunca Abşeron yarımadasına qədər irəliləyəcəyi ehtimal olunur. 

 

 








 

Google+ WhatsApp ok.ru