Bakının iki rayonunda qaz olmayacaq

Bakının iki rayonunda qaz olmayacaq

-- gün ərzində təbii qazın verilişi təmin ediləcək

Bakı şəhəri Nəsimi və Yasamal rayonlarının təbii qaz təchizatında məhdudiyyət olacaq.
 
SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyindən "APA-Economics"ə verilən məlumata görə, qaz təchizatı şəbəkəsinin texniki vəziyyətinin yaxşılaşdırılması, təhlükə yaradan hissələrin yenilənməsi və istehlakçıların təbii qaza olan tələbatının təmin edilməsi məqsədilə, Məmməd Cəfər Cəfərov küçəsi və  Asif Məhərrəmov küçələrinin kəsişməsində 530 mm-lik iri diametrli yeraltı qaz xəttində aşkar olunmuş qaz sızmasının ləğv olunması ilə əlaqədar fevralın 21-də saat 10:00-dan işlər yekunlaşanadək 1 və 2-ci Alatava, 20 yanvar, A.Məhərrəmov, A.Qurbanov, Bakıxanov, C.Məmmədquluzadə küçələri, eləcə də Tbilisi və H.Əliyev prospektlərinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq. Aparılan işlərin Nərimanov rayonunun qaz təchizatına da təsir göstərməsi mümkündür.
 
Görülən təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək və yaranacaq məhdudiyyətlə bağlı “Azəriqaz” İB bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.

Google+ WhatsApp ok.ru