Bakıya gələn qatarlar gecikir, sərnişinlərin halı pisləşib - Qəza olub

Bakıya gələn qatarlar gecikir, sərnişinlərin halı pisləşib - Qəza olub

Dəmir yolu ilə ölkənin qərb istiqamətindən Bakıya gələn qatarların hərəkət qrafikində böyük gecikmə var.
 
Maide.Az "Milli.Az"-a istinadən xəbər verilir ki, Böyük Kəsikdən, Qazaxdan və Tbilisidən Bakıya gələn qatarların hərəkətin çox böyük gecikmə var. Bakıya gələn sərnişinlərin qohumlarının bildirdiyinə görə, gecikmə çox uzun çəkdiyindən qatarlarda bəzilərinin halı da pisləşib.
 
Bakı Sərnişin Stansiyasından qohumlarını gözləyənlərə bildiriblər ki, gecikmə ən azı 4-5 saat təşkil edəcək.
 
"Azərbaycan Dəmir Yolları" QSC-dəki mənbələrdən verilən məlumata görə, gecikmə dəmir yolunda baş vermiş qəza ilə əlaqədardır. Belə ki, ötən gecə Ucar rayonu Müsüslü kəndi ərazisində hərəkət edən qatarlardan birinin elektrovozu relsdən çıxıb. Qəzanın nəticələri aradan qaldırıldıqdan sonra qatarların hərəkəti bərpa edilib.
 

Google+ WhatsApp ok.ru