Balakəndə iki maşın toqquşub, 5 nəfər xəsarət alıb

Balakəndə iki maşın toqquşub, 5 nəfər xəsarət alıb

Balakəndə baş verən yol-nəqliyyat hadisəsi nəticəsində beş nəfər xəsarət alıb.
 
APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, oktyabrın 9-u saat 22.00 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistralının Balakən şəhəri ərazisindən keçən hissəsində şəhər sakini, 1970-ci il təvəllüdlü Akif Cəlal oğlu Əliyevin idarə etdiyi “VAZ 2106” markalı, 08 BB 234 dövlət nömrə nişanlı minik avtomobili ilə rayonunun Hənifə kənd sakini, 1980-ci il təvəllüdlü Vüsal Qəhrəman oğlu Mustafayevin idarə etdiyi “VAZ 21015” markalı, 08 BH 215 dövlət nömrə nişanlı minik avtomobili toqquşub.
 
Nəticədə “VAZ 2106”ın sürücüsü Akif Əliyev, sərnişinləri, Balakən şəhər sakinləri - 1995-ci il təvəllüdlü Mübariz Vaqif oğlu Namazov, 1970-ci il təvəllüdlü Ramiz Yusif oğlu Namazov, 1979-cu il təvəllüdlü Nərgiz Nurəddin qızı Yekəyeva, digər avtomobilin sürücüsü Vüsal Mustafayev Balakən Mərkəzi Rayon Xəstəxanasına (MRX) xəsarət alıblar.
 
MRX-dan APA-ya bildirilib ki, dalağı çıxarılan Akif Əliyev əməliyyatdan sonra reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir. Digərləri ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.
 
Faktla bağlı Balakən rayon Polis Şöbəsində araşdırma aparılır.
 

Google+ WhatsApp ok.ru