Balakəndə güclü yağış bir sıra fəsadlar törədib

Balakəndə güclü yağış bir sıra fəsadlar törədib

Balakən rayonunda güclü yağış bir sıra fəsadlar törədib.
 
"Report"un Şəki-Zaqatala bürosu xəbər verir ki, hadisə sentyabrın 9-dan 10-a keçən gecə rayon mərkəzində, Tülü və Talalar kəndi ərazisndə qeydə alınıb.
 
Məlumata görə, rayon ərazisində güclü yağış və dolu nəticəsində 20-ə yaxın fərdi yaşayış evinin zirzəmisinə və həyatyanı sahəsinə yağış suyu dolub. Bundan başqa, əraziyə yağan dolu nəticəsində kənd təsərrüfatına, əkin və meyvə bağlarına ziyan dəyib.
 
Rayonda elektrik enerjisinin verilməsində fasilələr yaranıb. Fərdi yaşayış evlərinin zirzəmisinə dolan yağış suyunun təmizlənməsinə Fövqəladə Hallar Nazirliyinin Balakən Rayon Dövlət Ynağından Mühafizə Hissəsinin texnikaları və canlı qüvvəsi cəlb edilib.
 

Google+ WhatsApp ok.ru