Balkanlar diyarında Quran yazan qadın 19 May 2020 10:36 Dünya Sarayevo Universitetinin akademiki Haris Drusoviç "İslam İncəsənəti" jurnalındakı məqaləsində 1764-cü ilə (256 il əvvəl) aid olan Aminə Mustafa Çələbinin yazdığı Quran nüsxəsini təqdim edib. Maide.Az "Aljazeera"ə istinadla xəbər verir ki, bu Quran Sarayevodakı Qazi Husrev bəy Kitabxanasında qorunur və bu kitabxananın ən vacib köhnə və qiymətli əsərlərindən biridir. Quranın bu nüsxəsi qara mürəkkəbdən istifadə edilərək 250 səhifədə və "Nəsx" xəttində yazılıb. Tilavətə xas olan işarələr və surələrin adı qırmızı rəngdə qeyd edilib. Bu Quranın ilk səhifəsi zərlidir və bu nüsxədə səhifə nömrəsi yoxdur. Ancaq səhifələrin sırasını qarışdırmamaq və səhifələrini itirməmək üçün hər səhifənin ilk sözü əvvəlki səhifənin sonuna gətirilir və ayələr bağlanır. Haris Drusoviç məqalədə belə yazır: "Aminə evdə xəttatlığı öyrəndi. Atasının adı Çələbi idi və "Çələbi" ləqəbi Sarayevoda hörmətli bir mövqe tuturdu. Aminənin atası qızının təhsili üçün xüsusi imkanlar yaratmağa çalışırdı. Aminə Quran yazarkən düzgün yazı qaydalarından istifadə edərək bu nüsxəyə qiraət və tilavət işarələrini əlavə edib. Bundan əlavə, bu Quranın estetik dəyəri var. Aminə Çələbi adını Quranın son səhifəsinə yazıb və hazırda mövcud olmayan Sarayevonun Zabuljak bölgəsində Quranı tamamladığını bildirib və bu Quranı oxuyanlardan onun ruhuna "Fatihə" oxunmasını istəyib." Teqlər : #Balkanlar,#diyarında,#Quran,#yazan,#qadın, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bağdadda Səudiyyənin MBC telekanalına etiraz Çin xaricdəki Uyğur müsəlmanlarını da təqib edir
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO