Balkanların ən böyük məscidinin inşası  2019-cu ilin sonunda başa çatacaq

Balkanların ən böyük məscidinin inşası 2019-cu ilin sonunda başa çatacaq

Albaniyanın paytaxtı Tirana şəhərində Balkanların ən böyük məscidinin inşasında 70 faiz işlər başa çatıb və məsciddə tikinti işləri 2019-cu ilin sonuna kimi başa çatacaq. 
 
Maide.Az “yenisafak”a istinadən xəbər verir ki,  “Namazgah” adlanan məscidinin tikintisinə 2015-ci ildə başlanılıb və onun təməlqoyma mərasimində iştirak etmiş Türkiyə prezidenti Rəcəb Tayip Ərdoğan iştirak edib. 
 
4 minarəli, 5 min müsəlmanın ibadət edə biləcəyi məsciddə əsas işlər başa çatdırılıb, bundan sonra isə tamamlanma işləri aparılacaq.  
 
Məscidin kitabxana, mədəniyyət evi,  parkininq, Quran təlim mərkəzi və konfrans zalı  olacaq. 
 

Google+ WhatsApp ok.ru