Balta öz sapını kəsəndə; Obama Netanyahunun əlindən niyə qəzəblidir?

Əl-Yəvm qəzeti yazır ki, ABŞ prezidenti Barak Obamanın Sionist İsrail rejiminin baş naziri Benyamin Netanyahuya qəzəblənməsinin səbəbi, Netanyahunun ərəblər haqqında dediyi sözlər deyil, bəlkə Obamanın qəzəbinin əsas səbəbi İsral kəşfiyyatı (Mossad)ın  İran və ABŞ nüvə danışıqlarından casusluq etməsidir. 
Maide.az xəbər verir ki, Əl-Yəvm qəzetinin məlumatında deyilir ki, əgər kimsə düşünürsə Obamanın Netanyahuya qəzəbi Fələstinin müstəqil ölkə kimi tanımaması və onun ərəblər haqqında irqçi çıxışıdır, səhv edir.  Sionist İsrail rejimi həmişə irqçi rejim olub, Netanyahu isə heç vaxt müstəqil Fələstin ölkəsinin olmasının tərəfdarı olmayıb və Fələstin Administrasiyası ilə sülh danışıqlarında  heç vaxt ciddi olmayıb.
ABŞ və müttəfiqlərinin İranla nüvə razılığı barədə danışıqlar apardığı bir vaxt İsrail bağlı qapılar arxasında keçirilən məxfi müzakirələrin təfərrüatlarının ələ keçirilməsi üçün casusluğa əl atıb. Bu məlumat ötən gün “Wall Street Journal” qəzetində dərc edilib. Qəzet yazır ki, Ağ Ev rəsmiləri ötən il İsrailin məxfi məlumatların ələ keçirilməsi üçün dinləmə qurğularından istifadə etdiyini bildirib.  Elə bu məsələ səbəb olub ki, Ağ Ev administrasiyasının rəhbəri Denis Makdonou Vaşinqtondakı konfrans zamanı deyib ki, İsrail başqa bir xalq üzərində silah gücünə hökmranlıq edə bilməz. O, İsrail rejimini Fələstin torpaqlarında 50 illik işğala son qoymağa çağırıb. 
Qəzet yazır ki, ola bilsin bəziləri desin ki, bu ilk dəfə deyil ki, İsrail ABŞ-dan casusluq edir. Canatan Bulard İsrail casusu bu işi görmüşdü və çox məxfi hərbi məlumatları İsrailə vermişdi. Onda problem nədir? 
Bəli bu düzdü ki, İsrail Amerikadan dəfələrlə casusluq edib lakin bu həqiqəti tam əks etdirmir.  Əgər İsrail və Amerika bir-birindən casusluq edirsə bu bir şeydir. Birdə var ki, İsrail Amerika məxfi məlumatlarını oğurlayır və Netanyahu bu məxfi məlumatları ABŞ-ın (İranla müzakirələrdə) siyasətini zəiflətmək məqsədi ilə konqres üzvləri üçün açıqlayır. Bax bu başqa  bir şeydir. 
Qəzet yazır ki, Netanyahu bütün “qırmızı xətləri” tapdalayıb,çox məğrurcasına hərəkət edib və özünü ABŞ prezidentindən üstün tutub. Netanyahu  özündə bu cəsarəti tapıb ki Obamanı arxasından iş çevirsin və onunla məsləhətləşmədən konqresdə çıxış etsin. Çıxışında isə İran və ABŞ müzakirələri haqda məxfi məlumatları senatorlara açıqlayıb. Bunu İranla razılaşmanın qarşısını almaq məqsədi ilə edib.Netanyahu Senatorları prezidentin əleyhinə qaldırıb. 
Bu Netanyahu  kimdir ki, cəsarət tapıb və bu cür problem yaradır. Özüdə yaxşı bilir ki, əgər Amerikanın siyasi, hərbi və maliyyə dəstəyi olmasa özünün baş naziri olduğu İsrail rejimi heç vaxt bir gün belə davam gətirməzdi.
ABŞ prezidenti Barak Obama bəyan edib ki, Yaxın Şərq bölgəsində sabitliyin əldə edilməsinin yeganə yolu Fələstin dövlətinin yaradılmasıdır. “Birləşmiş Ştatlar inanır ki, iki dövlətin yaradılması regionda stabillik yaratmağın ən yaxşı yoludur” – qeyd edib Obama. 
Qəzet yazır ki, B.Obamanın İsrailin sülh sazişi və iki dövlətin yaradılması məsələsində tutacağı yolun nə olduğunu bilmirik lakin Netanyahunun onun üzünə vurduğu şillənin cavabında əgər dediyinə əməl etsə və tez bir zamanda işğalçılığa son qoysa əlverişli çıxış yoludur. Ona görə ki, daha sözlə hədələmək effektli deyil  və  hədələr heç kəsi razı salmır..... /
 

 

Google+ WhatsApp ok.ru