Baltimor şəhərindəndə etirazçılar həbs olunub

Maide.az-ın məlumatına görə, ABŞ polisi polis qüvvələrinin kobudluğuna etiraz edənlər, həmçinin Baltimor şəhərində komendant saatına qarşı çıxanları həbs edib.
 
Etirazçıların həbsi Baltimorda etirazların davam etdiyi vaxtda həyata keçirilib. 
 
Dünən minlərlə Baltimor şəhər sakini şüarlar səsləndirərək, 25 yaşlı qaradərili Ferdi Gerinin qətlinə səbəb olan polislərin cəzalandırılmalarını istəyiblər.
 
Amerika prezidenti Barak Obama Baltimor qaradərili gənc Ferdi Gerinin ölümünün səbəbi barədə vurğulayıb ki, ədalət icra olunmalıdır. 
 
Cümə günü Baltimor şəhərinin prokuroru Marlin C. Masbi qaradərili gənc Ferdi Gerinin ölümünün səbəbini qətl adlandırıb və deyib ki, bu işdə əli olan polis zabitlərindən şikayət üçün yetərli dəlillər mövcuddur.

Google+ WhatsApp ok.ru