Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi ilə Müsavat başqanı arasında keçirilən görüşün təəfərrüatları məlum olub

Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisinin, general Seyfulla Əzimovla Müsavat Partiyasının başqanı Arif Hacılı ilə keçirdiyi görüşün təfərrüatları məlum olub.
Partiyanın mətbuat xidmətindən "Report"a daxil olan xəbərə görə, görüşdə A.Hacılıya bildirilib ki, onlarda son günlər Siyəzən, Lənkəran və digər rayonlarda baş verən kütləvi etiraz aksiyalarının təşkilində Müsavat Partiyasının rolu barədə məlumatlar var. İdarə rəisi S.Əzimov bu görüşün məqsədinin həmin məlumatlarla bağlı Müsavat Partiyasına xəbərdarlıq edilməsi olduğunu bildirib.
Arif Hacılı isə deyib ki, Müsavat Partiyası hələ kütləvi aksiyalar barədə qərar verməyib.
***
Müsavat başqanı Arif Hacılı DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılıb.
 
Bu barədə APA-ya Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı məlumat verib.
 
Onun sözlərinə görə, bu gün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin nümayəndələri Müsavat Partiyasının qərargahına gəlib və A. Hacılını idarəyə dəvət ediblər: “Onun idarənin rəisi, general Seyfulla Əzimovun dəvəti ilə çağırıldığı bildirilib”.
 
G. Aslanlı qeyd edib ki, A. Hacılı hazırda generalın qəbulundadır.

Google+ WhatsApp ok.ru