Baş nazir: İtaliyada yeni məscid tikilməyəcək

Baş nazir: İtaliyada yeni məscid tikilməyəcək

İtaliyanın baş naziri Matteo Salvini öz şəxsi twitter səhifəsində bundan sonra İtalyada yeni məscid tikilməsinə icazə verməyəcəklərini açıqlayıb.
 
Maide.Az İQNA-a istinadən xəbər verir ki, M.Salvini deyib ki, biz İtaliyada yeni məscid tikməyəcəyik və bundan sonra yeni məscid tikmək üçün heç bir torpaq sahəsi ayırmayacayıq. "Çünki məscid tikmək İtaliya xalqının nifrət və qəzəbini artırır".   
 
Qeyd edək ki, İtaliyada müsəlmanlar üçün 700 ibadət məkanı vardır. Bundan təkcə altı məscid rəsmi qeydiyyatdan keçib.  Müsəlmanların çoxu ibadi əməllərini müvəqqəti icarəyə götürdükləri yerlərdə yerinə yetirirlər.
 
Hazırda İtaliyada 1 milyon 613 min nəfər müsəlman yaşayır.

Google+ WhatsApp ok.ru