Baş nazir Ərbəin ziyarətində - FOTO

İraq baş naziri Heydər Əl-İbadi Ərbəin mərasimləri ilə əlaqədar müqəddəs Kərbəlada olub.
Maide.az xəbər verir ki, İmam Hüseyni (ə) ziyarət edən H.İbadi müqəddəs hərəmdə zəvvarlarla da görüşmüş, Ərbəin zəvvarlarının durumu ilə yerində maraqlanıb. 
Ziyarətdən öncə isə baş nazir yerli icra strukturlarına baş çəkmiş, Ərbəin mərasimlərinin son hazırlıqları ilə birbaşa tanış olub, zəruri təlimatlarını verib.
Qeyd edək ki, hazırda milyonlara zəvvar İraq torpaqlarındadır. Onlar bu gün qeyd edilən Ərbəin Günü (İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinin 40 mərasimi) münasibətilə müqəddəs Kərbəladakı əza mərasimlərinə qatılır./
 
 
 
 
 

Google+ WhatsApp ok.ru